Türkiyədə qar səbəbindən 1344 kəndlə əlaqə kəsilib

Dünya

18.01.2021 - 16:49

Ağrı vilayətində qarın hündürlüyü 30 santimetrə çatıb

 

Türkiyədə yağan güclü qar nəticəsində yüzlərlə kəndlə əlaqə kəsilib. AYNA Türkiyə mediasına istinadən bildirir ki, ölkənin Şərq bölgəsində qarın çoxluğu səbəbindən 1344 kəndlə nəqliyyat əlaqəsi itib.

 

Bildirilir ki, Ağrı vilayətində qarın hündürlüyü 30 santimetrə çatıb. Yolların qardan təmizlənməsi üçün bütün imkanlar səfərbər olunub.

 

Magistrallarda isə ən böyük çətinlik yolların buz bağlaması və havanın qatı dumanlı olmasından yaranıb.

Müəllif: Ayna.az