Türkiyədə prezidentliyə 11 namizədin müraciəti qəbul edilib

Dünya

22.03.2023 - 08:43

Onların hər biri martın 27-dək 100 min seçici imzası olan protokolları təqdim etməlidirlər

Türkiyənin Yüksək Seçim Qurumu (YSQ) mayın 14-ü keçiriləcək prezident seçkiləri üçün 11 namizədin müraciətini qəbul edib. AYNA qardaş ölkə mediasına istinadən bildirir ki, bu barədə YSQ-dan məlumat verilib.

Qeyd olunub ki, YSQ sənədləri yoxlayıb və həmin şəxslərin prezident seçkilərində iştirak etmək üçün qanuni əsasları olduğu qənaətinə gəlib.

Martın 27-dək namizədlərin hər biri 100 min seçici imzası olan protokolları quruma təqdim etməlidir.

Təsdiqlənən namizədlər arasında Davut Turan, Doğu Perinçek, Erkan Trükten, Halil Murat Ünver, Hilmi Özden, İrfan Uzun, Muhammed Ali Fatih Erbakan, Muharrem İnce, Sinan Oğan, Tevfik Ahmet Özal və Yakup Türkal yer alır.

Müəllif: Ayna.az