Polisi narkotik qaçaqmalçılığına qarşı əməliyyat keçirib: 10 nəfər saxlanılıb
İstanbul polisi narkotik qaçaqmalçılığına qarşı əməliyyat keçirib. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, İstanbul, Hakkari, Ankara, Bursa, İzmir, Hatay, Mersin, Van, Diyarbəkir və Mardində eyni vaxtda keçirilən əməliyyat zamanı qanunsuz dövriyyədən 10 tondan çox narkotik maddə götürülüb və 10 nəfər şübhəli şəxs qismində saxlanılıb.
İstintaq çərçivəsində cinayət yolu ilə əldə edildiyi iddia edilən 135 əmlak, 47 nəqliyyat vasitəsi və kommersiya nəqliyyat vasitələrinin nömrə nişanları, eləcə də 42 şirkətdəki səhmlər də müsadirə edilib.
Şübhəlilər hazırda dindirilir. İstintaq davam edir.