Türkiyədə növbəti FETÖ əməliyyatı keçirilib

Dünya

28.08.2020 - 12:38

Həkimlər Klinikalar SEO Xidməti

Terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 24 hərbçi saxlanılıb

 

Türkiyədə FETÖ terror təşkilatı ilə bağlı növbəti dəfə əməliyyat keçirilib. AYNA xəbər verir ki, əməliyyat Türkiyə Silahlı Qüvvələrinin təşkilatla əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində baş tutub.

 

Ölkənin 28 vilayətində paralel keçirilən əməliyyatlar zamanı TSK-nın terror təşkilatının rəhbərləri ilə telefon əlaqəsi saxlamaqda şübhəli bilinən 59 üzvündən 24-ü saxlanılıb. Şübhəli bilinən digər şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş