Əməliyyatlar çərçivəsində altı terrorçu zərərsizləşdirilib
Türkiyədə növbəti dəfə antiterror əməliyyatları keçirilib. AYNA xəbər verir ki, əməliyyatlar çərçivəsində altı terrorçu zərərsizləşdirilib.
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu sosial şəbəkə hesabında yazaraq bildirib ki, kəşfiyyat və əməliyyat uğurlu nəticə verib və Bitlisdə 6 terrorçu pilotsuz uçan aparat vasitəsilə məhv edilib.