Türkiyədə nəhəng ilan azyaşlılara hücum edib - <font color=red> FOTO</font>

Dünya

29.05.2020 - 13:13

Türkiyəli baba nəvələrinə hücum edən nəhəng ilanı öldürüb


Türkiyənin Sinop bölgəsində görünməmiş hadisə baş verib. AYNA Türkiyə KİV-nə istinadən xəbər verir ki, sinoplu yaşlı kişi həyətinə girən 4 metrlik ilanı tüfənglə öldürüb.


Nəhəng ilan Sinopun Mərdoğlu kəndində 64 yaşlı Rəcəb Gördalın bağçasında oynayan nəvələrinə qəfil hücum edib. Uşaqların çığırtısını eşidib tüfənginə əl atan baba ilanı öldürmək qərarına gəlib.

 

“Nəhəng ilanı görəndə özüm də dəhşətə gəldim. İndiyədək bu boyda ilana rast gəlməmişdim. Tək istəyim cəld tərpənib nəvələrimi ilandan qorumaq idi. Onları qorumaq üçün tək çarəm ilanı öldürmək oldu”, - deyə baba bildirib.

 

Müəllif: Ayna.az