Türkiyədə koronavirusun ən təhlükəli növü aşkarlanıb

Dünya

01.01.2021 - 21:29

Həkimlər Klinikalar SEO Xidməti

Virusun aşkarlandığı şəxslər bu günlərdə Türkiyəyə İngiltərədən gəliblər

 

Türkiyədə koronavirusun yeni ştammına 15 yoluxma aşkarlanıb. AYNA “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Nazir qeyd edib ki, virusun aşkarlandığı şəxslər bu günlərdə Türkiyəyə İngiltərədən gəliblər. Hazırda onların səhhəti nəzarət altındadır. Koronavirusun yeni ştammının aşkarlandığı şəxslərin təmasda olduqları şəxslər də karantinə alınıb.

 

Britaniyadan Türkiyəyə səfərlər müvəqqəti dayandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş