Türkiyədə koronavirus qurbanlarının sayı artıb

Dünya

11.08.2020 - 05:34

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirus can almaqda davam edir 

 

Son gün ərzində Türkiyədə koronavirusdan daha 14 nəfər ölüb. AYNA xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Nazirin məlumatına görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 5 858 nəfərə çatıb.

 

Fahrettin Koca qeyd edib ki, son sutkada COVID-19-a 1 193 yoluxma aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 241 997-yə yüksəlib.

 

Eyni zamanda son sutkada virusa yoluxmuş 1 211 pasiyent sağalıb. Hazırda Türkiyədə koronavirusdan sağalanların sayı 224 970 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş