Koronavirus can almaqda davam edir
Bu gün Türkiyədə daha 61 nəfər koronavirusdan ölüb.
AYNA xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahretti Koca bildirib.
Nazir qeyd edib ki, bununla Türkiyədə pandemiya qurbanlarının sayı 7 506 nəfərə çatıb.
O, bildirib ki, son sutkada daha 1 519 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 302 867 nəfərə yüksəlib. Ölkədə 1 456 nəfər ağır koronavirus pasiyenti var.
Fahrettin Kocanın sözlərinə görə, bu gün 1 116 pasiyent koronavirusdan sağalıb. Beləliklə, təhlükəli infeksiyadan sağalanların ümumi sayı 266 117 nəfərə çatıb.