Türkiyədə İŞİD üzvlərinə qarşı əməliyyat

Dünya

24.03.2024 - 20:27

cedabet Klinikalar SEO Xidməti

40 nəfər saxlanılıb

Türkiyədə İŞİD terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar həyata keçirilib. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya deyib.

“Türkiyənin səkkiz vilayətində eyni zamanda aparılan əməliyyatlar nəticəsində təşkilata üzv olması şübhəsi ilə 40 nəfər saxlanılıb. Ötən il iyunun 1-dən indiyədək bu istiqamətdə 1316 əməliyyat keçirilib. Bu əməliyyatlar zamanı İŞİD-ə üzv olması şübhəsi ilə 2 733 nəfər saxlanılıb”, - deyə nazir bildirib.

Yerlikaya vurğulayıb ki, onlardan 692-i həbs edilib, 529 nəfər isə məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş