Türkiyədə ictimai nəqliyyatla bağlı yeni qadağa

Dünya

08.09.2020 - 06:35

Həkimlər Klinikalar SEO Xidməti

Ərdoğan: "Heç bir halda ictimai nəqliyyatda ayaqüstə sərnişin daşınmasına icazə verilməyəcək"

 

Türkiyədə koronavirusa yoluxma və ölüm sayında artım olduğundan bəzi məhdudiyyətlər tətbiq ediləcək.

 

AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra bəzi qərarları açıqlayıb. Belə ki, ictimai nəqliyyatda ayaqüstə sərnişin daşınmasına icazə verilməyəcək.

 

“Biz COVID-19-a yoluxma sayında artım müşahidə edirik. Bu səbəbdən pandemiya əleyhinə tədbirləri gücləndirmək qərarına gəldik. Kafe və restoranlara daha ciddi nəzarət olunacaq. Heç bir halda ictimai nəqliyyatda ayaqüstə sərnişin daşınmasına icazə verilməyəcək”, - deyə Ərdoğan qeyd edib.

 

Bundan başqa, bildirilib ki, maska və sosial məsafə qaydalarına riayət etməyən vətəndaşlar mütləq qaydada cərimələnəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş