Türkiyədə FETÖ-yə qarşı genişmiqyaslı əməliyyat

Dünya

26.04.2021 - 11:13

Həkimlər Klinikalar SEO Xidməti

Terror təşkilatının 532 üzvünün saxlanılması istiqamətində əməliyyat başladılıb

 

Türkiyə Silahlı Qüvvələrinin (TSK) FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində ölkənin böyük əksəriyyətini əhatə edən genişmiqyaslı əməliyyat başladılıb.

 

AYNA türkiyə mediasına istinadən bildirir ki, İstanbul və İzmir Baş prokurorluqları tərəfindən ölkənin 62 vilayətində paralel keçirilən əməliyyatlar zamanı terror təşkilatları ilə əlaqədə olmaqda şübhəli bilinən 532 üzvünün saxlanılmasına qərar verilib. Onlardan 459-u hazırda fəaliyyətdə olan hərbiçilərdir.

 

Bu şəxslərin terror təşkilatının Türkiyə şəbəkəsinə daxil olduqları və bəziləri haqqında daha əvvəl ələ keçirilən FETÖ üzvləri tərəfindən etirafların edildiyi bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş