Türkiyədə daha 58 nəfər koronavirusdan ölüb

Dünya

13.10.2020 - 02:14

Koronavirus can almaqda davam edir 

 

Türkiyədə son 24 saat ərzində daha 58 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

 

AYNA-nın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 8 895 nəfərə çatıb.

 

Onun sözlərinə görə, ölkədə 1 614 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 337147 nəfərə çatıb.

 

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 301 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 295 658 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş