Türkiyədə COVID-19-la bağlı son vəziyyət

Dünya

19.12.2021 - 00:35

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 191 nəfər ölüb.

AYNA-nın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bu günki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 342 183 nəfərin test edildiyi, 17 644 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 25 568 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 122 625 349 peyvənd tətbiq edilib ki, bunun 91,27 faizi birinci, 82,39 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş