Türkiyədə bir gündə 195 nəfər COVID-19-dan vəfat edib

Dünya

06.12.2020 - 21:44

Son 24 saat ərzində 6 min 93 nəfər virusa yoluxub

 

Son sutka ərzində Türkiyədə koronavirusdan (COVID-19) daha 195 nəfər vəfat edib. AYNA qardaş ölkə mediasına istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

Nazir qeyd edib ki, son 24 saat ərzində 6 min 93 nəfər virusa yoluxub. Bununla da, Türkiyədə COVID-19-a yoluxanların sayı 539 min 291 nəfərə çatıb. Pandemiya dövründə 14 min 900 nəfər ölüb.

Müəllif: Ayna.az