Türkiyənin Ərzincan şəhərinin Tercan rayonunda iki avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsində yeddi nəfər yaralanıb.
AYNA xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, yaralanan yeddi nəfərdən dördü uşaqdır.
Faktla bağlı araşdırma aparılır.