“Ümumiyyətlə, Bəşər Əsəd İsrail üçün faydalı oyunçu idi”
“İsrail heç vaxt Suriya Prezidenti Bəşər Əsəd rejiminin devrilməsini istəməyib”. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu sözləri ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan deyib.
Onun sözlərinə görə, İsrail Əsədin getməsini heç vaxt istəməyib: “Əsəd ümumiyyətlə, İsrail üçün faydalı oyunçu idi”.
Qeyd edək ki, noyabrın 27-də Suriya müxalifətinin silahlı qruplaşmalarının, o cümlədən “Heyət Təhrir əl-Şam”ın (HTŞ) üzvləri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinə qarşı genişmiqyaslı hücuma başlayıb. Dekabrın 7-də axşam saatlarında Suriya Prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri ələ keçiriblər: Hələb, Deyr əz-Zor, Dəra, Həma və Homsu. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar. Bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Əsəd Suriyadaxili danışıqlardan sonra postunu və ölkəni tərk edib və Rusiya ona sığınacaq verib.