Görüşdə Suriyanın İdlib bölgəsindəki vəziyyət müzakirə ediləcək
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşür.
AYNA “Report”a istinadən xəbər verir ki, ikitərəfli görüşdə XİN başçıları Suriyanın İdlib bölgəsindəki vəziyyəti müzakirə edəcəklər.
Qeyd edək ki, son 5 gündə Suriyada Rusiyanın dəstəklədiyi rejim qüvvələrinə məxsus 2 hərbi helikopter müxalifət tərəfindən vurulub.