Türkiyə və Ermənistan nümayəndələri görüşəcəklər

Dünya

07.09.2025 - 21:50

Marqara-Əlican keçid məntəqəsinin fəaliyyəti ilə bağlı ilk görüş keçiriləcək

Gələn həftə Ermənistan və Türkiyə nümayəndələri Marqara-Əlican sərhəd-keçid məntəqəsinin fəaliyyəti ilə bağlı ilk görüşü keçirəcək. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu məqsədlə Türkiyənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın başçılıq etdiyi nümayəndə heyəti keçid məntəqəsi vasitəsilə Ermənistana gedəcək. Danışıqlarda ölkələr arasında münasibətlərin normallaşdırılması üçün qərarlar qəbul oluna bilər, rəsmilər də əvvəllər qəbul edilmiş qərarların icrasını müzakirə edə bilərlər.

Əvvəlki görüşlərdə Ermənistanın xüsusi nümayəndəsi, parlamentin sədr müavini Ruben Rubinyan və Kılıç yükdaşıma uçuşlarının bərpası və sərhədin açılması üçün infrastrukturun hazırlanması barədə razılığa gəliblər. Onlar həmçinin diplomatik pasport sahibləri üçün viza prosedurlarının sadələşdirilməsi və üçüncü ölkə vətəndaşlarının sərhədi keçməsinə icazə verilməsi barədə razılığa gəliblər, lakin bu qərarlar hələlik kağız üzərində qalır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş