Türkiyə və BMT Rusiyaya “Taxıl sazişi” ilə bağlı təkliflər hazırlayır

Dünya

23.08.2023 - 13:04

cedabet dərman SEO Xidməti

“Bank məsələləri ilə bağlı həll olunmamış problemlər var”

Türkiyə və Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyaya “Taxıl sazişi”  ilə bağlı təkliflər hazırlayır. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” danışıqlarda iştirak edən mənbəyə istinadən məlumat yayıb.

“BMT ilə təmasımız var və tərəfimizdən bəzi təkliflər hazırlanır. Hər şey mükəmməl deyil, bank məsələləri ilə bağlı həll olunmamış problemlər var. Müzakirələr davam edir”, - deyə mənbə bildirib.

Daha əvvəl Türkiyənin “Yeni Şafak” qəzeti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasındakı mənbəyə istinadən Rusiyanın iştirakı olmadan alternativ taxıl marşrutlarının təşkilinin irrasional olduğunu yazıb. Nəşrin məlumatına görə, taxıl marşrutu üzrə danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş