Ukrayna kəşfiyyatçılarına “Bayraktar TB2” zərbə uçuş aparatını təmənnasız hədiyyə edilib
Ukraynanın Müstəqillik Günü münasibəti ilə Türkiyənin “Baykar Makina” şirkəti Ukrayna kəşfiyyatçılarına “Bayraktar TB2” zərbə uçuş aparatını təmənnasız hədiyyə edib. Bu barədə AYNA Ukrayna mediasına istinadən bildirir.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi “Telegram” kanalında məlumat yayın ki, “Baykar Makina” şirkəti Müstəqillik Günü münasibətilə Ukraynanı özünəməxsus şəkildə təbrik edib: “Avqustun 24-də Ukrayna kəşfiyyatı məşhur dronların istehsalçısından hədiyyə olaraq “Bayraktar TB2” zərbə PUA-sını aldı”.
“Bu, şirkətin təqdim etdiyi ilk hədiyyə deyil. Yanvarın 25-də də “Baykar Makina” iki ədəd “Bayraktar TB2” pilotsuz uçan aparatını Baş Kəşfiyyat İdarəsinə təhvil verib.
Bu çətin anlarda Ukraynaya kömək etməyə davam edən dost və tərəfdaşlarımıza səmimi təşəkkürümüzü bildiririk”, - deyə məlumatda vurğulanıb.