Türkiyə təyyarənin qəzaya uğraması ilə bağlı Bakıya araşdırma qrupu göndərir

Xəbərlər

27.12.2024 - 23:41

Həkimlər Klinikalar SEO Xidməti

Qrup Azərbaycanın hakimiyyət orqanları ilə koordinasiyalı şəkildə işləyəcək

“Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciəti əsasında qəzanın səbəblərini araşdırmaq, texniki və əməliyyat təhlillərini aparmaq və qəza vəziyyətini təmin etmək üçün Türkiyədə 8 nəfərdən ibarət araşdırma qrupunu Bakıya göndərir. AYNA xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu “X” sosial şəbəkə hesabında yazıb.

Nazir qeyd edib ki, nümayəndə heyəti bu gün axşam saatlarında Bakıya yola düşəcək və sabahdan etibarən öz təcrübə sahələrinə uyğun olaraq insidentin bütün aspektlərini araşdırmaq üçün Azərbaycanın hakimiyyət orqanları ilə koordinasiyalı şəkildə işləyəcək.

“Türkiyə olaraq hər şəraitdə Azərbaycanın yanında olduğumuzu bildirir, həyatını itirənlərə Allahdan rəhmət, azərbaycanlı qardaşlarımıza şəfa diləyirik”, - Uraloğlu qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş