Türkiyə Suriya ilə diplomatik təmaslara hazırdır: rəsmi Ankaranın şərtləri var

Dünya

09.11.2022 - 19:13

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə XİN Suriya və Türkiyə xüsusi xidmət orqanları arasında təmasların olmasını istisna etməyib.

 Türkiyə müvafiq şərtlər daxilində Suriya ilə diplomatik əlaqələr qurmağı nəzərdən keçirəcək. AYNA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu deyib.

“Suriya ilə bağlı biz dörd strateji məqsədə əsaslanan prinsipial mövqeyimizi qoruyuruq: ölkənin birliyini və ərazi bütövlüyünü qorumaq, siyasi qərara əsaslanan davamlı sabitlik, sərhədlərimizdə terror təhlükəsinin aradan qaldırılması və suriyalıların təhlükəsiz şəkildə ölkəyə qayıtması. Suriya onların vətənləridir”, - deyə Çavuşoğlu vurğulayıb.

XİN başçısının sözlərinə görə, xüsusi xidmət orqanları arasında mövcud əlaqələri diplomatik müstəviyə qədər genişləndirmək üçün əlverişli şərait yaradılarsa, rəsmi Ankara bunu da qiymətləndirəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş