Türkiyə sahillərində 108 qeyri-qanuni miqrant saxlanılıb

Dünya

13.07.2024 - 09:35

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyədən başqa ölkəyə keçməyə çalışan həmin insanlardan 8-i azyaşlıdır

Türkiyənin Muğla sahillərində 108 qeyri-qanuni miqrant və insan qaçaqçılığı ilə məşğul olduqları ehtimal edilən 3 şübhəli saxlanılıb.

AYNA "TRT Haber"ə istinadən xəbər verir ki, bu şəxslərdən 82-si Muğlanın Milas, 26-ı isə Fethiye rayonları ərazisində ələ keçirilib. Rezin və yelkənli qayıqlar vasitəsilə qanunsuz yollarla Türkiyədən başqa ölkəyə keçməyə çalışan bu insanlardan 8-i azyaşlıdır.

Miqrantların saxlanılması istiqamətində keçirilən əməliyyat zamanı onlara köməklik etdiyi ehtimal olunan üç şübhəli saxlanılıb.

Əcnəbilərdən ibarət bu, 108 nəfərlik qrup Türkiyənin Miqrasiya İdarəsinə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş