Türkiyə Qəzzaya yardım göndərəcək

Dünya

07.04.2024 - 17:34

cedabet Klinikalar SEO Xidməti

Yardımlara qida məhsulları ilə yanaşı, gündəlik gigiyena vasitələri və generatorlar da daxildir

Türkiyədən Qəzza zolağına daha bir yardım gəmisi göndəriləcək. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Qızıl Aypara Cəmiyyətinin sədri Fatma Meriç Yılmaz deyib.

Qeyd edib ki, cəmiyyət tərəfindən həyata keçiriləcək növbəti yardım gəmisinin yüklənmə işləri artıq başlayıb.

Yardımlara qida məhsulları ilə yanaşı, gündəlik gigiyena vasitələri və generatorlar da daxildir. Gəminin aprelin 15-də yola çıxması nəzərdə tutulur.

Qeyd edək ki, oktyabrın 7-dən indiyədək Türkiyədən Qəzzaya səkkiz gəmi və 12 təyyarə ilə 42 min ton humanitar yardım göndərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş