“Fərat Qalxanı” əməliyyatı bölgəsində terror hücumuna cəhdin qarşısı alınıb
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında “Fərat Qalxanı” əməliyyatı bölgəsində terror hücumuna cəhdin qarşısını alıb.
AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, əməliyyat zamanı 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.