Türkiyə ordusu 6 PKK üzvünü zərərsizləşdirib

Dünya

02.12.2023 - 16:20

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə MN: "PKK terrorçularına qarşı mübarizə davam edir"

Türkiyə ordusu 6 nəfər PKK üzvünü zərərsizləşdirib. AYNA xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi “X” platformasında bildirib.

Nazirliyin məlumatına görə, Türkiyə Silahlı Qüvvələri tərəfindən “Fərat qalxanı” əməliyyatının həyata keçirildiyi bölgədə PKK terrorçularına qarşı mübarizə davam edir.

“Terrorçular qazdıqları səngərlərdə basdırılmaqdan xilas ola bilməyəcəklər!”, - deyə nazirlik vurğulayıb.

Müəllif: Ayna.az