Türkiyə müxalifətindən olan bələdiyyə sədrləri nüfuzlarını itirirlər - <font color=red> SORĞU</font>

Dünya

07.06.2020 - 22:03

PİAR Araşdırma Şirkəti bələdiyyə sədrləri ilə bağlı rəy sorğusunun nəticələrini açıqlayıb

 

Türkiyənin PİAR Araşdırma Şirkəti “Böyükşəhər bələdiyyələrindən məmnuniyyət araşdırması” sorğusunun nəticələrini “Twitter” hesabından ictimaiyyətlə paylaşıb. AYNA qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, rəy sorğusunun nəticələrinə görə, 73.2 faiz səs çoxluğu ilə paytaxt Ankaranın Böyük Şəhər Bələdiyyəsinin müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan sədri Mansur Yavaş birinci olub.

 

30 may - 1 iyun tarixi arasında aparılan ictimai sorğu 30 Böyük Şəhər Bələdiyyəsində və bu bələdiyyələrə bağlı olan qəsəbələrdə keçirilib. 18 yaşdan yuxarı 65 min 704 iştirakçının qatıldığı sorğu üçün “SMS link” sistemindən istifadə edilib. PİAR anketlərində maksimum 2.19 faiz səhv ola biləcəyini qeyd edib.

Sorğu nəticəsində ortaya çıxan siyahı isə aşağıdakı kimidir:

 

Mansur Yavaş (CHP) Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri - 73.2 faiz

 

Muhiddin Böcək (CHP) Antalya Böyük Şəhər Bələdiyyəsinin sədri – 64 faiz

 

Özləm Çərçioğlu (CHP) Aydın Böyük Şəhər Bələdiyyəsinin sədri  - 63.2 faiz

 

Uğur Altay (AKP) Konya Böyük Şəhər Bələdiyyəsinin sədri - 58.6 faiz

 

Əkrəm İmamoğlu (CHP) İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri - 57.2 faiz

 

Zeydan Qaralar (CHP) Adana Böyük Şəhər Bələdiyyəsinin sədri - 56.9 faiz

 

Yılmaz Büyükərşən (CHP) Əskişəhər Böyük Şəhər Bələdiyyəsinin sədri - 56.1 faiz

 

Tunç Soyer (CHP) İzmir Böyük Şəhər Bələdiyyəsinin sədri - 55.8 faiz

 

Fatma Şahin (AKP) Qaziantep Böyük Şəhər Bələdiyyəsinin sədri - 55.6 faiz

 

Hayrəddin Güngör (AKP) Qəhramanmaraş Böyük Şəhər Bələdiyyəsinin sədri – 54 faiz

Nəticələri qiymətləndirən PİAR Araşdırma Şirkətinin rəhbəri Qədir Atalay siyahıda 7 CHP-li, 3 AKP-li bələdiyyə sədri olduğuna diqqət çəkib. "Bu nöqtədə statistika baxımından, partiyaların siyahıda neçə ad ilə olduğundan daha çox, başqa diqqətçəkən məqam var. “Millət İttifaqı”ndan olan bələdiyyə sədrlərinin hamısı, sorğuda seçkilərdə qazandıqları səs faizindən çox səs toplayıblar. “Cümhur İttifaqı”ndan isə bunu sadəcə Fatma Şahin bacarıb. Digər iki şəxs isə sorğuda, seçkilərdə aldıqları səsdən az səs alıblar”, Atalay qeyd edib.

 

Atalayın sözlərinə görə, “Millət İttifaqı”nın bələdiyyə sədrləri “Cümhur İttifaqı”nın seçiciləri tərəfindən də məmuniyyətlə qəbul edilirlər. “Cümhur İttifaqı”nın bələdiyyə sədrləri isə öz seçicilərinin önəmli kəsimi tərəfindən uğurlu sayılmırlar.

Müəllif: Ayna.az