Türkiyə millisi Bakıda - <font color=red> FOTOLAR</font>

İdman

12.06.2021 - 20:57

Onlar məşqlərini “Bakcell Arena”da keçirəcəklər

 

Türkiyə milli komandası Bakıya gəlib. AYNA “Qafqazinfo”ya xəbər verir ki, “ay ulduzlular” Avro-2020-nin qrup mərhələsinin son iki matçını paytaxtımızda keçirəcək. 

 

İlk oyunda İtaliyaya 0:3 hesabilə uduzan Şenol Günəşin komandası “Fairmont” otelində məskunlaşıb. 

 

Onlar məşqlərini “Bakcell Arena”da keçirəcəklər. 

 

Türkiyə yığması iyunun 16-da Uelslə, 20-də İsveçrə ilə üz-üzə gələcək.







Müəllif: Ayna.az