“Atletiko” xorvatiyalı futbolçunu transfer edib

İdman

21.08.2020 - 05:56

24 yaşlı qolkiper ispanlarla 4 illik müqavilə imzalayıb

 

"Atletiko" yeni futbolçu transfer edib. AYNA-nın “Apasport.az” saytına istinadən məlumatına görə, La Liqa təmsilçisi Xorvatiya klubu "Lokomotiva"nın qapıçısı İvo Qrbiçi heyətinə qatıb.

 

24 yaşlı qolkiper ispanlarla 4 illik müqavilə imzalayıb. "Atletiko"ya 7 milyon avroya başa gələn Qrbiç komandadan ayrılan Antonio Adanın yerini tutacaq və ikinci qapıçı olacaq.

 

Qeyd edək ki, İvo Qrbiç geridə qalan mövsüm 35 oyunun 10-da qapısını toxunulmaz saxlayıb, qapısında ümumilikdə 35 qol görüb.

Müəllif: Ayna.az