Payızda Bakıda çempionat keçirilə bilər

İdman

04.05.2020 - 15:52

Mayın sonlarında Bakıda keçirilməli olan kişilər arasında idman gimnastikası üzrə Avropa çempionatı payızda baş tuta bilər.

 

AYNA  xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyası yarışı bu ilin payızında təşkil etmək niyyətindədir.

 

Hazırda yarışın yeni tarixi haqqında müzakirələr gedir. Bu barədə yekun qərar mayın sonlarında qəbul ediləcək.

 

Qeyd edək ki, 27-31 may tarixlərində keçirilməsi planlaşdırılmış kişilər arasında idman gimnastikası üzrə XXXIV Avropa çempionatı təxirə salınıb.

Müəllif: Ayna.az