Türkiyə kəşfiyyatı PKK-ya Avropadan terrorçu cəlb edən şəxsi öldürüb

Dünya

13.01.2024 - 17:21

cedabet dərman SEO Xidməti

Terrorçunun kod adı “Renas Raperin” olub

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) PKK/KCK terror qruplaşmasının Avropadan sıralarına terrorçu cəlb edən nümayəndəsi Faik Aydını öldürüb.

AYNA xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, o, İraqda keçirilən əməliyyat çərçivəsində zərərsizləşdirilib.

Məlumata görə, terrorçunun kod adı “Renas Raperin” olub. O, təşkilat daxilində xüsusi rol oynayıb.

Terrorçu 2015-ci ilə qədər PKK-nı Fransada təmsil edib. 2015-ci ilin avqust ayından isə fəaliyyətini İraqda davam etdirib. F. Aydının qardaşı Saygı Aydın da uzun illər PKK üçün çalışıb. O, 2018-ci ildə zərərsizləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş