Burak Akçapar Tacikistan səfiri Əşrəfcan Qulovu qəbul edib
Türkiyə ilə Tacikistan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq müzakirə olunub.
AYNA xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Nazir müavinimiz səfir Burak Akçapar Tacikistanın Ankaradakı səfiri Əşrəfcan Qulovu qəbul edib. Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıb”, – xarici siyasət idarəsi sosial şəbəkədə bildirib.