Türkiyə Homs limanını 99 illik icarəyə götürür: hərbi baza yerləşdirəcək

Dünya

17.08.2023 - 12:11

cedabet dərman SEO Xidməti

Ankara Liviyadakı hərbi bazada pilotsuz döyüş təyyarələrini və hava hücumundan müdafiə sistemlərini yerləşdirmək niyyətindədir

Türkiyə Liviyanın Homs limanını 99 il müddətinə icarəyə götürmək qərarına gəlib. AYNA xəbər verir ki, bu barədə Türkiyənin TGRT kanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Türkiyə Homs limanını hərbi baza yerləşdirmək üçün icarəyə götürür.

“Limanın icarəyə götürülməsi Şərqi Aralıq dənizində Türkiyənin suverenliyinin gücləndirilməsinə kömək edəcək. Eyni zamanda, Türkiyənin ərazi sularına nəzarəti gücləndirəcək və ticarət gəmilərinin təhlükəsizliyini təmin edəcək”, - deyə məlumatda vurğulanıb.

Bununla yanaşı, Ankara Liviyadakı hərbi bazada Türkiyənin pilotsuz döyüş təyyarələrini və hava hücumundan müdafiə sistemlərini yerləşdirmək niyyətindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş