Türkiyə hərbçiləri son bir ayda 75 terrorçunu zərərsizləşdirib

Dünya

20.12.2020 - 13:28

Ümumilikdə 45 antiterror əməliyyatı həyata keçirilib

 

Türkiyə hərbçiləri son bir ay ərzində ölkə daxilində və dövlət sərhədlərindən kənar bölgələrdə terrorçulara qarşı 45 antiterror əməliyyatı həyata keçirilib. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

 

Bildirilib ki, əməliyyatlar nəticəsində ümumilikdə 75 terrorçu zərərsizləşdirilib. Sərhədi qanunsuz keçməyə cəhd göstərən 7 min 233 nəfər saxlanılıb. Həmin şəxslər arasında 17-si FETÖ terrorçu təşkilatın mənsubu olmaqla, ümumilikdə 34 nəfər terrorçu olub.

 

Müəllif: Ayna.az