Ankaranın təklifinə nə Vaşinqton, nə də Tehran hələlik cavab verib
Türkiyə ABŞ və İranla münaqişələrin həlli danışıqlarında vasitəçilik etməyi təklif etsə də, nə Vaşinqton, nə də Tehran hələlik Ankaranın təklifinə cavab verib. AYNA.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” mənbələrə istinadən məlumat yayıb.
Agentlik anonim mənbəyə istinadən bildirib ki, "Türkiyə tərəfi ABŞ və İrana vasitəçilik təklif edib, lakin indiyə qədər danışıqlar prosesinin bərpasına gətirib çıxara biləcək heç bir konkret addım atılmayıb".
Türkiyə tərəfinin də tərəflərə atəşkəs rejiminin tətbiq edilməsini təklif etdiyi bildirilir.