Türk Şurası ölkələri liderlərinin qeyri-formal görüşü keçirilir

Xəbərlər

31.03.2021 - 16:55

Zirvə görüşünün yekununda birgə Türküstan deklarasiyası qəbul olunacaq

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin liderlərinin qeyri-formal görüşü keçirilir.

 

AYNA -nın xəbərinə görə, videokonfrans formatında keçirilən Zirvə görüşünə Qazaxıstanın birinci Prezidenti-elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkmənistan prezidentləri ilə bərabər Macarıstanın Baş naziri də qatılıb.

 

Zirvə görüşünün yekununda birgə Türküstan deklarasiyası qəbul olunacaq.

 

Bu deklarasiya çərçivəsində qədim Türküstan şəhəri “Türk dünyasının mənəvi paytaxtı” elan ediləcək.

Müəllif: Ayna.az