Sentyabrın 1-dən uçuşlar həyata keçiriləcək
“Türk Hava Yolları” (THY) aviaşirkətinin uçuşların bərpası ilə bağlı sentyabr ayına nəzərdə tutulan planı açıqlanıb. AYNA Türkiyə mətbuatına istinadən bildirir ki, plana görə iyunun 11-dən aviareyslər mərhələli şəkildə bərpa edilir.
Aviaşirkət sentyabrın 1-dən etibarən Rusiya, Gürcüstan, İran, Kanada, Madaqaskar, Estoniya, Vyetnam, Səudiyyə Ərəbistanı, Əlcəzair, Əfqanıstan, İraq, Hindistan, Bəhreyn, İordaniya, Türkmənistan, Litva, Monqolustan, Yunanıstan, Mərakeş, Oman, Nigeriya, Cənubi Afrika və dünyanın bir sıra ölkələrinə uçuşlar həyata keçirəcək.
THY istifadə edilməyən biletlərin dəyişdirilməsi ilə bağlı şirkətin rəsmi internet səhifəsində ətraflı məlumatın verildiyi bildirir.