Krusun namizədliyi deputatlar tərəfindən təsdiqlənib
Kubada Turizm naziri Manuel Marrero Krus hökumət başçısı seçilib.
AYNA-nın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə ölkə parlamentinin Tvitter səhifəsində yazılıb.
Krusun respublikanın Baş Naziri vəzifəsinə namizədliyi Kuba Xalq Hakimiyyəti Milli Məclisinin deputatları tərəfindən təsdiq edilib.
Qeyd edək ki, Krusun bu posta namizədliyini Kuba Prezidenti Miqel Dias-Kanel irəli sürmüşdü.