“TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edilib - <font color=red> VİDEO</font>

Siyasət

05.08.2020 - 19:26

Həkimlər Klinikalar SEO Xidməti

Tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir

 

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimləri davam edir.

 

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuş edən helikopterlər müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər.

 

Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş