Mitinqin Qaradağ təlim-idman bazasında keçirilməsi məqsədəuyğun hesab edilib
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb. AYNA xəbər verir ki, müraciətə BŞİH-də baxılıb və mitinqin noyabrın 2-də saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.
Xatırladaq ki, Milli Şura BŞİH-ə müraciətində noyabrın 2-də mitinq keçirilməsi üçün Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunu (keçmiş "Məhsul" stadionu) və ya Nəsimi rayonu, metronun “28 may” stansiyasının yaxınlığını istəmişdi.