“Bəzi dairələrdə seçkilərin nəticələri ləğv edilə bilər”

Siyasət

12.02.2020 - 10:20

Ekspertlərin rəyi ondan ibarətdir ki, seçicilərin əksəriyyəti öz səsvermə hüququndan imtina edib

 

Fevral 9-da ölkədə növbədənkənar parlament seçkiləri keçirildi. Artıq ilkin nəticələr və bütün dairələr üzrə lider namizədlərin adları açıqlanıb. Ümumi seçki prosesinə siyasi təhlilçilərlə AYNA tutmağa çalışdıq.

 

Politoloq Tofiq Abbasovun sözlərinə görə, parlament seçkiləri bütün ölkələrdə ziddiyyətli fikirlərə səbəb olur: “Təbii ki, seçkilərdə qalib gələnlər varsa, məğlub olanlar da olacaq. Lakin əsas məsələ ondan ibarətdir ki, bu cür proseslər əsasında hər zaman müxtəlif iddialar tüğyan edir. Məğlub olanlar həmişə müxtəlif motivləri gündəmə gətirir və çalışırlar ki, özlərinin qeyri-əlverişli vəziyyətlərinə bəraət qazandırsınlar”.

 

“Lakin hər şeyə rəğmən, seçici fəallığı ümidləri doğrurltmayıbsa, bu, çox böyük təəssüf doğurur. Halbuki Azərbaycan seçicisi öz səsvermə hüququnu əldən verməməlidir. İnsanlar seçki günü evdən çölə çıxmaq istəmirlər. Firkiləşirlər ki, onlar səs verməsələr belə, əvvəlcədən planlaşdırlmış namizədlər seçkilərdə qalib gələcəklər. Buna baxmayaraq, bir neçə dairədə araşdırmalar aparılır. Ola bilsin, yenidən səsvermələr də keçirilsin. Son qənaətə proseslər başa çatdıqdan sonra gəlmək lazımdır”, - ekspert deyib.

Abbasov ümumi narazılıq nəticəsində seçkilərin nəticələrinin ləğvi və yenidən keçirilməsi ehtimalına da münasibət bildirib: “Seçkilərin təkrar keçirilməsinə inanmıram. Amma ola bilər ki, bəzi dairələrdə yenidən səsvermə olsun. Bu, baş verə bilər,

Müəllif: Mərahim Nəsib

Ramanada faciə

Dünən, 17:26 Hadisə