Transfer üçün sənəd qəbulunun vaxtı uzadıldı

Cəmiyyət

26.07.2021 - 12:22

Həkimlər Klinikalar SEO Xidməti

Bu günədək ümumilikdə 1363 müraciət qeydə alınıb

 

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunun müddəti uzadılıb.

 

Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, sənəd qəbulu 26 iyul saat 15:00-dək davam edəcək.

 

Bu günədək transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 1363 müraciət qeydə alınıb.

 

1363 nəfərdən 14-ü magistratura səviyyəsindən, 113-ü xaricdə yerləşən ali təhsil müəssisəsindən, 127-si orta ixtisas təhsili müəssisəsindən, 1123 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş