Trampın vəkilləri: “Bu,  şokedici və absurddur”

Dünya

15.08.2023 - 17:36

cedabet dərman SEO Xidməti

Sabiq Prezident ona olan ittihamları rədd edir

ABŞ-ın sabiq Prezidenti Donald Trampın vəkilləri Corciya ştatının Fulton dairə prokurorluğunun ona qarşı irəli sürdüyü yeni ittihamları “şokedici və absurd” adlandırıblar. AYNA xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.

“Bu hadisələr şahidlər ifadə verməmişdən və münsiflər heyəti oturmamışdan əvvəl sızdırıldığı iddia edilən ittiham aktından tutmuş, rayon prokurorunun heç bir izahat verməməsinə qədər şok və absurd idi”, - vəkillər bildiriblər.

Keçmiş Amerika liderinin vəkilləri "bütün proses kimi səhv və konstitusiyaya zidd" olan ittihamnamənin ətraflı nəzərdən keçirilməsini səbirsizliklə gözlədiklərini söyləyiblər.

Qeyd edək ki, Fulton dairəsinin prokurorluğu Trampı və onun seçki kampaniyasının digər 18 nəfər əməkdaşını seçkilərə qanunsuz cəhdlərdə ittiham edib. Keçmiş ABŞ lideri və seçki qərargahının əməkdaşları reketlikdə günahlandırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş