Nümayəndələr Palatası gələcəkdə Yaxın Şərqdə baş verəcəklərdən narahatdır
ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bəyan edib ki, bu həftə palatada Prezident Donald Trampın İrana qarşı qərarlarını məhdudlaşdıran qətnamənin qəbulu üçün səsvermə keçiriləcək. AYNA xarici mətbuata əsasən xəbər verir ki, Nümayəndələr Palatası gələcəkdə Yaxın Şərqdə baş verəcəklərdən narahatdır.
ABŞ Demokratlar Partiyasının təmsilçisi Pelosi əlavə edib ki, Trampın əmrinə əsasən, iranlı general Qasım Süleymaninin və bir qrup iranlı yüksək rütbəli hərbçinin İraqda öldürülməsi təxribat idi: "Bu, ABŞ diplomatlarını zərbə altına qoydu".
Spiker vurğulayıb ki, Tramp adminstrasiyası İraqda baş verənlərdə ölkə konstitusiyasına məhəl qoymadan, Konqreslə hər hansı məsləhətləşmə aparmadı: “Müharibə olacaqsa, bunu Konqres elan etməlidir. İndi isə bizim qəbul edəcəyimiz qətnamənin ardından senat növbəti həftə senator Tim Keynin rəhbərliyi ilə toplanacaq və qərar verəcək.”