"/>

Trampdan ÜST-yə növbəti tənqid: <font color=red> “Çinin kuklasıdır"</font>

Dünya

19.05.2020 - 12:20

cedabet Klinikalar SEO Xidməti

ABŞ Prezidenti Çini də baş vermiş hadisəni ört-basdır etməyə çalışmaqda günahlandırıb

 

ABŞ bu dəfə Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) quruma göndərdiyi məktubla hədələyib. AYNA xarici mediaya əsasən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp hesab edir ki, ÜST başçısı ABŞ maliyyəsini COVID-19 bəhanəsi ilə davamlı olaraq mənimsəmək fikrindədir.

 

Tramp ÜST rəhbərinə ünvanladığı xəbərdarlıq məktubunda, yenə də onun virusla bağlı səriştəsiz davranışlarını xatırladıb. Prezident ÜST-ü tənqid etməklə qalmayıb, təşkilatı “Çinin kuklası” adlandırıb.

 

Bu il təkrar seçki ilə qarşılaşan və özü də pandemiya ilə əlaqəli şəkildə tənqid olunan Tramp təkrar olaraq Çini baş vermiş hadisəni ört-basdır etməyə çalışmaqda günahlandırıb və ÜST-ü isə rəsmi Pekinlə sövdələşdirməkdə ittiham edib.

 

Xatırladaq ki, ötən gün ÜST-ün ənənəvi beynəlxalq toplantısında videobağlantı ilə Çin Prezidenti çıxış edib və ölkəsinə yönələn ittihamları rədd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş