ABŞ Prezidenti: “Bəziləri onsuz da bunu istəyir”
ABŞ-da 59-cu prezident seçkiləri ilə bağlı ölkə Prezidenti Donald Trampın “Twitter”də yazdığı təəccüb doğurub. AYNA xarici mediaya istinadən xəbər verir ki, Prezident bu il 3 noyabrda keçiriləcək seçkilərdə nəticələrin dəqiq olmayacağını bildirib. O, iddiasını səsvermədə geniş tətbiq ediləcək poçtla səsvermə üsulu ilə əlaqələndirib.
“Bu il seçicilərə və ya başqa bir yerə seçicilərin tələbi olmadan göndərilən çox sayda bülletenlərə görə 3 noyabr seçkilərinin nəticəsi heç vaxt dəqiq müəyyən edilə bilməz. Bəziləri onsuz da bunu istəyir”, - deyə ABŞ lideri vurğulayıb.
Qeyd edək ki, bu il koronavirus (COVID-19) pandemiyasına görə ABŞ-da keçiriləcək 59-cu prezident seçkilərində poçtla səsvermə ilə bağlı müzakirələr davam edir.