Mühafizəkarlar Partiyası seçkidə böyük qələbə qazanıb
ABŞ Prezidenti Donald Tramp, Böyük Britaniyada keçirilən parlament seçkilərində qazandığı qələbə münasibətilə, Britaniyanın Baş Naziri Boris Consonu ilk təbrik edənlərdən olub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev rəhbərinin sosial şəbəkə hesabından paylaşdığı təbrik diqqət çəkib.
“Seçkidə qələbəsinə görə Boris Consonu təbrik edirəm. İndi Britaniya və ABŞ “Brexit”dən sonra çox böyük ticarət sazişi bağlamaqda azad olacaq. Bu razılaşmanın Avropa İttifaqı ilə bağlanmış hər hansı bir razılaşmadan daha böyük və daha sərfəli olan potensialı var”, - Tramp bildirib.
Məlumat üçün deyək ki, Böyük Britaniyada baş tutan və yenicə nəticəsi elan olunan seçkidə Baş Nazir Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası 368 yerlə qalib gəlib. Qalib partiyanın rəqibi, Ceremy Korbinin rəhbərlik etdiyi etdiyi İşçi Partiyası idi ki, o da seçkidə 191 yerlə ikinci olub. Şotlandiya Milli Partiyası 55, Liberal Demokratlar 13, Yaşıllar və digər regional partiyalar cəmi 22 yer qazana bilib.
Seçki beynəlxalq təşkilatlar tərəfindən demokratik hesab olunub.
Xatırladaq ki, Boric Conson öz xarici görkəmi, davranışları və siyasi mövqeyi baxımından “İkinci Tramp” kimi məşhurlaşıb.