“Üçüncü Dünya müharibəsi daha böyük olacaq, hər şeyi məhv olacaq”
“Dünya heç vaxt Üçüncü Dünya müharibəsinin başlamasına bu qədər yaxın olmamışdı”. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş Prezidenti Donald Tramp deyib.
"Heç vaxt indiki kimi Üçüncü Dünya müharibəsi təhlükəsi ilə üzləşməmişdik”, - deyə Tramp vurğulayıb.
Trampın sözlərinə görə, Prezident Co Baydenin dövründə ABŞ zəif və təsirsiz bir dövlətə çevrilib. O əlavə edib ki, amerikalıların fikirləri nəzərə alınmır.
Tramp Üçüncü Dünya müharibəsini belə xarakterizə edib: “Birinci və İkinci Dünya müharibələri ilə heç də eyni olmayacaq. Bunlar dəhşətli idi, amma Üçüncü Dünya müharibəsi daha böyük olacaq, hər şeyi məhv olacaq”.