Tramp: “Rusiya sonda Ukraynanı tamamilə ələ keçirəcək”

Dünya

30.03.2023 - 13:43

ABŞ-ın keçmiş Prezidenti Ukraynanın tamamilə işğal ediləcəyini proqnozlaşdırıb

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Ukraynanın tamamilə ələ keçiriləcəyini proqnozlaşdırıb. AYNA xəbər verir ki, siyasətçi bu barədə “Fox News”a müsahibəsində bildirib.

Abş-IN Keçmiş liderinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinlə yaxşı anlaşıRMIŞ: “Mən ABŞ Prezidenti olsaydım, Putin Ukraynaya hücum etməzdi, vəziyyət daha yaxşı olardı”, deyə Tramp əlavə edib.

Onun sözlərinə görə, Rusiyanın sonda bütün Ukraynanı ələ keçirəcək.

Bundan əvvəl Tramp Rusiya Prezidenti ilə mehriban, lakin ciddi münasibətdə olduğunu bildirmişdi. Keçmiş dövlət başçısının sözlərinə görə, o, belə şeylərlə öyünməyi sevmir, lakin Putin onun ABŞ liderliyi dönəmində Ukraynaya qarşı işğalçı müharibənin mümkün olmadığını başa düşüb.

Müəllif: Ayna.az